NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Dövlət satınalmaları təliminin daha bir qrupu məzun oldu

...

“Dövlət Satınalmaları və Tətbiqi” təlim proqramı çərçivəsində növbəti qrup da uğurla məzun oldu.
İyulun 15-də proqramın son sessiyası baş tutdu və təlimin yekun mərhələsi olaraq sertifikasiya imtahanı keçirildi. Budəfəki qrupda 18 müdavim iştirak edərək nəzəri bilik və praktiki bacarıqlarını nümayiş etdirdi.
Ümumilikdə, bu təlim proqramına indiyə qədər müxtəlif qruplar üzrə 119 dövlət qulluqçusu və mütəxəssis cəlb olunub.   İştirakçılar dövlət satınalmaları sahəsində beynəlxalq və yerli qanunvericiliyə uyğun olaraq şəffaf və səmərəli idarəetməni təmin edən biliklərə yiyələniblər.
Sertifikasiya imtahanında fəallığı və yüksək nəticələri ilə seçilən müdavimlərə yaxın günlərdə rəsmi sertifikatlar təqdim olunacaq. Bu sənədlər onların peşəkar fəaliyyət sahəsində yeni imkanlar qazanmasına və etibarlı ekspert kimi tanınmasına töhfə verəcək.
Təlim proqramında satınalma prosedurlarının mərhələləri, tender sənədlərinin hazırlanması, qiymətləndirmə meyarları, müqavilə menecmenti və etik davranış kodeksi kimi mühüm mövzular praktiki nümunələrlə izah olunub. Tədris prosesinin interaktiv və real situasiyalar üzərində qurulması iştirakçıların mövzunu dərindən mənimsəməsinə şərait yaradıb.
"Dövlət Satınalmaları və Tətbiqi" təlimləri gələcəkdə də davam etdiriləcək və yeni qrupların formalaşdırılması ilə dövlət sektorunda bilikli, etik və məsuliyyətli kadrların yetişdirilməsinə töhfə verməyə davam edəcək.

Nəşr edilib : 15.07.2025 19:09