Состоялась церемония официальной встречи Президент...
11:37 22.04.2026
0
0
0
NAXÇIVAN :
22 Aprel 2026, Çərşənbə
Hər il iyunun 23-ü ölkəmizdə “Dövlət qulluqçularının peşə bayramı günü” kimi qeyd olunur. Bu, dövlət qulluğuna verilən önəmin və dövlətə vicdanla xidmət edən şəxslərə göstərilən etimadın göstəricisidir. Ötən günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə bir qrup şəxs təltif edilib. Bunlar arasında Naxçıvan Muxtar Respublikasından da bir sıra şəxslər təltif olunub. Biz də həmin şəxslərin təəssüratlarını öyrəndik.
Naxçıvan Muxtar Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Firuzə Hüseynova “Dövlət qulluqçularının təltif edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2025-ci il 23 iyun tarixli Sərəncamı ilə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunub.
Dövlət qulluqçusu olmaq, sadəcə, bir peşə deyil, bu xalqa xidmət etməyi özünə borc bilənlərin seçdiyi bir yoldur. Bu yolda çalışmaq böyük məsuliyyət, həm də şərəf tələb edir. Bunu əməyinə yüksək dəyər kimi qiymətləndirən Firuzə Hüseynova bildirir: “2011-ci ildən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıram. Gündəlik işimizdə müxtəlif sosial problemlərlə qarşılaşırıq – erkən nikahlar, məişət zorakılığı, qadınların əmək bazarında bərabər imkanlardan istifadə edə bilməməsi kimi məsələlər hələ də aktuallığını qoruyur. Bu problemlərin qarşısının alınması üçün profilaktik tədbirlər görmək bizim əsas vəzifəmizdir.
Dövlət qulluğunda çalışmaq insanı daim öyrənməyə, öz üzərində işləməyə və məsuliyyət daşımağa sövq edir.
Əldə etdiyim hər bir təcrübə mənim üçün bir dərs, hər bir çətinlik isə irəliləyiş üçün fürsət olub. Dövlət qulluqçusu kimi fəaliyyət göstərmək mənə yalnız peşəkar bacarıqlar qazandırmayıb, eyni zamanda Vətənə və xalqa xidmətin necə müqəddəs bir vəzifə olduğunu da dərk etdirib.
Əməyimə verilən yüksək qiymət tək mənə yox, çalışdığım kollektivə göstərilən qayğıdır. Bunun üçün dövlətimizə, muxtar respublika rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm”.
Biz də peşə bayramları münasibətilə onları səmimi-qəlbdən təbrik edir, məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayırıq.
Digər xəbərlər