NAXÇIVAN :

04 May 2026, Bazar ertəsi

Dövlət qulluğu vəzifələri üzrə imtahanlara qeydiyyat aparılır

...

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 7-də dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və BB vəzifə qrupu üzrə dövlət qulluğuna qəbul imtahanı keçirəcək.

Mərkəzdən bildirilib ki, imtahanlarda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

BB vəzifə qrupu üzrə test imtahanı iyunun 7-si saat 10:00-da kompüter vasitəsilə keçiriləcək. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 760 yer ayrılıb.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı AB, AC, BA və BB qrupları üzrə iyunun 7-si saat 16:00-da kompüter vasitəsilə keçiriləcək. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 760 yer ayrılıb.

İmtahanlara qeydiyyat mayın 4-dən 24-dək aparılacaq.

Nəşr edilib : 04.05.2026 14:50