NAXÇIVAN :

13 Avqust 2026, Cümə axşamı

Dövlət Agentliyi: 101 çeşiddə qeyri-qida malında Azərbaycan dilində etiket məlumatlarının olmadığı aşkarlanıb

...

Cari ilin yanvar-iyun ayları ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin istehlak bazarına nəzarət tədbirləri çərçivəsində 15 sahibkarlıq subyekti tərəfindən idxal olunan 101 çeşiddə qeyri-qida malının etiketində Azərbaycan dilində zəruri məlumatların olmadığı aşkarlanıb.

Dövlət Agentliyindən bildirilib ki, görülən tədbirlər nəticəsində 11 sahibkarlıq subyekti tərəfindən məhsulların üzərində ana dilində məlumatların yerləşdirilməsi təmin olunub, digərləri ilə bağlı işlər davam etdirilir.

Qeyri-qida mallarının etiketlərində Azərbaycan dilində zəruri məlumatların yerləşdirilməsi istehlakçıların məhsul barədə dolğun məlumat əldə etməsini təmin edən amillərdən biridir.

Nəşr edilib : 13.08.2026 13:40