NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Donald Tramp Türkiyəyə F-35 qırıcılarının satışı ilə bağlı sanksiyaları ləğv edə biləcəyini açıqlayıb

...

ABŞ-ın Türkiyəyə F-35 təyyarələrin satışı ilə bağlı tətbiq etdiyi sanksiyalar dərhal ləğv edilə bilər.

"Şərq qapısı" xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə görüş zamanı mediaya açıqlamasında deyib.

“Biz F-35-i müzakirə edəcəyik və məncə, o, almaq istədiyini ala biləcək. Mən bilirəm ki, o, F-35 istəyir. Biz bu barədə çox ciddi danışırıq. Onun və bizim müəyyən məsələlərə ehtiyacımız var. Düşünürəm ki, biz bir nəticəyə gələcəyik”,- deyə Tramp bildirib.

Nəşr edilib : 25.09.2025 21:23