NAXÇIVAN :

20 Yanvar 2026, Çərşənbə axşamı

DİN: 58 kiloqrama yaxın narkotik vasitə götürülüb

...

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 8-də ümumi çəkisi 57,5 kiloqramdan artıq narkotik vasitə, kultivasiya yolu ilə yetişdirilmiş 10 çətənə kolu götürülüb, yabanı halda bitmiş 1 tona yaxın 1952 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Bu barədə "Şərq qapısı"na Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirlərinin davam etdirildiyi bildirilib.

Nəşr edilib : 09.08.2025 12:50