Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma pro...
13:50 02.05.2026
0
0
0
Tam orta təhsil səviyyəsi üzrə təkmilləşdirilmiş imtahan modeli üçün həyata keçirilmiş pilot layihə çərçivəsində Bakı və Sumqayıt şəhərlərinin müxtəlif məktəblərindən ümumilikdə 858 şagirdin iştirakı ilə sınaqlar bu modelin praktik tətbiqi və qiymətləndirmə meyarlarının effektivliyini təhlil etməyə imkan verib.
"Şərq qapısı" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” adlı tədbirdə deyib. O bildirib ki, sınaqların nəticələri yeni yanaşmanın şagirdlərin dil bacarıqlarını daha kompleks və real kommunikativ situasiyalara uyğun şəkildə ölçməyə şərait yaradır.
Digər xəbərlər