“Ailə ənənələrinin möhkəmləndirilməsi və inkişafı”...
23:33 12.03.2025
0
0
0
NAXÇIVAN :
13 Mart 2025, Cümə axşamı
“2024-cü il ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş 7 (29%), Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş 8 (33%), ÇAES (Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş 9 (38%), ümumilikdə isə 24 şəxs avtomobillə təmin edilmişdir. Bununla da növbəlilik reysterində olan bütün şəxslər minik avtomobili ilə təmin edilmişdir”.
“Şərq qapısı” xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, nazir vəzifəsi səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə jurnalistlərə açıqlamasında deyib. Qeyd edilib ki, ümumilikdə Nazirlik tərəfindən bugünədək imtiyazlı şəxslərə 630 avtomobil və 327 mənzil (fərdi ev) təqdim edilmişdir: “İl ərzində, 1 şəhid ailəsi mənzillə təmin edilmiş, Naxçıvan şəhərində 29 mənzilin satınalınması həyata keçirilmişdir. Bunula yanaşı, əvvəlki dövrlərdə 17 imtiyazlı şəxsə təyin olunmuş mənzillərdə təmir işləri yekunlaşdırılaraq vətəndaşlara təhvil verilmişdir. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların, şəhid ailələrinin və müharibə veteranlarının təminatına dəstək məqsədilə yaradılmış “Dəstək” Fondunun fəaliyyəti çərçivəsində müvafiq kateqoriyadan olan imtiyazlı şəxslərə maddi dəstək göstərilməkdədir. 2024-cü il ərzində “Dəstək” Fondu tərəfindən 241 şəhid ailəsi, 82 müharibə veteranı və 231 müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsə ümumilikdə 1 088 277.58 manat vəsaitin ödənişi həyata keçirilmişdir”.
“Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda yaralananların, şəhid ailələrinin və müharibə veteranlarının təminatına dəstək fondunun dayanıqlılığının təmin edilməsi məqsədilə, NMR ƏƏSMN tərəfindən Vətən müharibəsinin başlanmasının 4-cü ildönümü ilə əlaqədar “44 günlük Zəfər tarixinə ehtiramla - “Dəstək” Fonduna yardım kampaniyası” adlı humanitar aksiya keçirilmiş və 8 noyabr 2024-cü il tarixinədək davam etdirilmişdir. Kampaniya çərçivəsində ümumilikdə 98 465.65 manat ianə toplanmışdır” – deyən Fərid Bağırzadə bildirib ki, hesabat dövrünün sonuna 44-ü kişi, 213-ü qadın olmaqla, 257 nəfər müvafiq kateqoriyadan olan şəxsə evdə (səyyar) sosial xidmət göstərilmişdir ki, onlardan 26 nəfəri əlilliyi olan (9 nəfəri 70 yaşdan yuxarı) şəxslərdir: “Bundan əlavə, 2252 nəfər əlilliyi müəyyən edilmiş şəxsə 250 000 manat birdəfəlik maddi yardım verilmişdir. Bununla da birdəfəlik maddi yardım üçün ayrılmış vəsaitin 100% icra edilməsi təmin edilmişdir. Onlardan 1741 (77%) nəfərini isə əlilliyi müəyyən edilmiş şəxslər, 511 (23%) nəfərini 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər təşkil etmişdir. Sosial tərəfdaşın dəstəyi ilə xüsusi qayğıya ehtiyacı olan ailələrin övladları üçün 120 oğlan, 120 qız üçün olmaqla, ümumilikdə 240 ədəd məktəbli uniforması və ləvazimatları təhvil alınmışdır. Yeni tədris ilinin başlanması ilə əlaqədar sovqatların təminatı həyata keçirilmişdir. Bununla yanaşı, Nazirliyin rəhbər heyəti tərəfindən ötən il 91 şəhid ailəsinə evlərində baş çəkilmiş, onların sosial və məişət məsələləri ilə bağlı müraciətləri yerində dinlənilmişdir”.
Digər xəbərlər