NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

“DƏSTƏK” Fondu tərəfindən cari ilin yanvar-oktyabr ayları ərzində 934.742 manat vəsait xərclənib

...

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların, şəhid ailələrinin və müharibə veteranlarının təminatına dəstək məqsədilə yaradılmış “DƏSTƏK” Fondu tərəfindən 2024-cü ilin yanvar-oktyabr ayları ərzində 934.742 manat vəsait xərclənib.
"Şərq qapısı" xəbər verir ki, qeyd olunan dövr üzrə Fondun xərc istiqamətləri aşağıdakı kimi olub: 
Müalicə və psixoloji dəstək istiqaməti üzrə - 135 nəfərə 112.652 manat, 
Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə - 265 nəfərə 610.430 manat
Borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə- 21 nəfərə 165 902 manat
Təhsil haqqının ödənilməsi istiqaməti üzrə- 2 nəfərə 8 900 manat
Digər istiqamətlər üzrə -36 858 manat

Nəşr edilib : 14.11.2024 15:27