NAXÇIVAN :

12 Mart 2025, Çərşənbə

Deputat Xəzəngül Orucova: Azərbaycan-Şimali Makedoniya əlaqələri yeni əməkdaşlıq mərhələsinə qədəm qoyur

...

"Azərbaycanla Şimali Makedoniya arasında dostluq və əməkdaşlıq münasibətləri inkişaf edir. Ölkələrimiz arasında siyasi dialoq güclənir, dövlət başçılarının görüşləri bu əlaqələrin dərinləşməsinə təkan verir. Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın rəsmi səfəri zamanı liderlərin verdiyi bəyanatlar əlaqələrin yeni mərhələyə keçdiyini göstərir".
Bu fikirləri "Şərq qapısı" qəzetinə açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Xəzəngül Orucova bildirib.
Deputat qeyd edib ki, xüsusilə enerji sahəsində əməkdaşlıq genişlənməkdədir. Azərbaycan qazı artıq Şimali Makedoniyaya çatdırılıb və bu proses davamlı olacaq. Və beləliklə, bu əməkdaşlıq həm də Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır.
Xəzəngül Orucova əlavə edib ki, iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi və humanitar sahədə əməkdaşlığın inkişafı prioritet məsələlər sırasındadır. Azərbaycan, Şimali Makedoniya ilə münasibətlərin hərtərəfli inkişafına önəm verir və bu istiqamətdə fəaliyyətini davam etdirəcək.

Nəşr edilib : 11.03.2025 19:29