Dövlət İmtahan Mərkəzi TKT imtahanına qeydiyyat el...
15:40 12.11.2025
0
0
0
Gələn ildən etibarən Naxçıvan Muxtar Respublikasında uzunmüddətli vergi güzəştlərinin tətbiqi müşahidə ediləcək. Və işğaldan azad edilmiş ərazilərimizə tətbiq olunan güzəştlər həm də Naxçıvanda da tətbiq olunacaq. Bu da Naxçıvanda sahibkarlığın inkişafına xüsusi dəstək olacaq və nəticə etibarilə Naxçıvanda maliyyə imkanlarının genişlənməsinə, muxtar respublikanın özündən öz büdcəsinə daha çox vəsaitin əldə edilməsinə şərait yaradacaq. Ona görə dotasiyanın azaldılması Naxçıvanda son illər aparılan islahatların, eləcə də şəffaflığın gücləndirilməsinin nəticəsində yerli maliyyə mənbələrinin gücləndirilməsi ilə əlaqədardır.
Bu sözləri "Şərq qapısı"na açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
"Nəticədə bu proses ondan xəbər verir ki, Naxçıvanın dövlət büdcəsindən maliyyə asılılığı mərhələli şəkildə azaldılır. Və burada iqtisadiyyatın inkişaf etməsi, sahibkarlığın güclənməsi, daxili maliyyə mənbələrinin artmasına, Naxçıvanın büdcəsinin tədricən daha çox daxili maliyyə mənbələri hesabına formalaşmasına gətirib çıxarır"- deyə Vüqar Bayramov əlavə edib.
Digər xəbərlər