Milli Məclis İlham Əliyev və Mehriban Əliyevaya Zə...
11:21 03.11.2026
0
0
0
Elm və Təhsil Nazirliyi Kimya İnstitutunun baş elmi işçisi kimya üzrə elmlər doktoru, professor Samirə İmaməliyeva “Bərk cismin fizikası və kimyası” beynəlxalq elmi jurnalının elmi rəyçilik fəaliyyətinə görə sertifikatla təltif olunub. Sertifikat jurnalın baş redaktoru Lyubomir Nıkıruy tərəfindən təqdim edilib.
Bu barədə institutdan bildirilib. Professor Samirə İmaməliyeva “Tl₂HgGeSe₄–GeSe₂ sistemi üzrə faza tarazlığı və Tl₂HgGe₃Se₈ birləşməsinin kristal quruluşu” adlı elmi məqalənin ekspertizasını və rəy qiymətləndirilməsini həyata keçirib. Sertifikatla birlikdə təqdim olunan müşayiət məktubunda professorun elmi rəyin hazırlanmasına sərf etdiyi vaxt, peşəkarlığı və elmi təcrübəsi yüksək qiymətləndirilib. Qeyd olunub ki, onun ekspert fəaliyyəti jurnalın nəşr keyfiyyətinin təmin edilməsinə və akademik standartlarının qorunmasına xidmət edir. Məktubda, həmçinin professor Samirə İmaməliyevanın gələcəkdə də jurnalın rəy prosesində iştirakına ümid ifadə olunub. Redaksiya onun elmi maraq və tədqiqat istiqamətlərinə uyğun orijinal məqalələrini nəşr üçün təqdim etməsini məmnuniyyətlə qarşılayacağını bildirib.
Digər xəbərlər