NAXÇIVAN :

16 Yanvar 2026, Cümə

Deputat: Süni intellektin imkanları iqlim siyasətində strateji alət kimi önə çıxır

...

İqlim dəyişmələrinə bir çox sahələr təsir edir. Burada enerji istehsalı, qalıq yanacaqların payı 27−36 faiz təşkil edir. Həmçinin, nəqliyyat - yəni, avtomobil, gəmi, təyyarə və s. iqlim dəyişmələrində təxminən 15 faizədək paya malikdir. Sənaye və sənaye enerjisi, istehsal və emal sahələri ölkələrdən asılı olaraq 11−25 faiz arasında dəyişir. Kənd təsərrüfatı 18−25 faiz, binalarımızın soyudulması və isidilməsi prosesində yaranan atmosfer tullantıları isə 6 faiz təşkil edir.

"Şərq qapısı" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentdə "İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin perspektivləri" mövzusunda keçirilən elmi-praktik konfransda bildirib.

O vurğulayıb ki, belə bir dövrdə süni intellektin imkanları yalnız texnoloji yenilik kimi deyil, həm də iqlim siyasətində, resursların idarə edilməsində və dayanıqlı inkişafın təmin olunmasında strateji alət kimi önə çıxır: “Məhz buna görə ölkəmizdə süni intellektin inkişafı dövlət səviyyəsində prioritet elan olunub və 2025−2028-ci illər üçün süni intellekt strategiyasının tətbiqi ilə bu istiqamətdə sistemli və ardıcıl siyasətin əsası qoyulub”.

Nəşr edilib : 08.12.2025 17:10