Məktəblilər arasında Nəsrəddin Tusi adına II Fizik...
17:45 15.03.2025
0
0
0
Culfa rayonunun Saltaq kəndində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Canməmməd Canməmmədov 40 saylı Saltaq seçki dairəsinə daxil olan kəndlərdən bir qrup gənclə görüş keçirib.
Saltaq kənd tam orta məktəbinin binasında baş tutan tədbirdə müxtəlif sahələrdə çalışan gənclər, qazilər, gənc müəllimlər və tələbələr iştirak ediblər.
Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Canməmməd Canməmmədov ölkəmizdə aparılan gənclər siyasəti, gənclərə göstərilən qayğıdan söz açaraq "Konstitusiya və Suverenlik İli"nin tarixi əhəmiyyəti, Zəngəzur dəhlizi və Naxçıvanda Sənaye Parkının yaradılmasının Naxçıvan iqtisadiyyatına müsbət təsirindən və gənclərdə vətənpərvərlik hissinin aşılanmasının önəmindən bəhs edib.
Culfa Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Elçin Məmmədəliyev bu cür maarifləndirici tədbirlərin əhəmiyyətini qeyd edərək mövzu ətrafında fikirlərini bölüşüb.
Daha sonra "Naxçıvan Qaziləri" İctimai Birliyinin sədri, Vətən müharibəsi iştirakçısı Ceyhun Bayramov, eləcə də digər Vətən müharibəsi iştirakçıları qazi Ümman Məmmədov və Rza Əlirzayev tədbir iştirakçılarına keçdikləri həyat və döyüş yollarından bəhs ediblər.
Saltaq və ətraf kəndlərdən olan vətənpərvər gənclərin yetişdirilməsində böyük rolu olmuş kəndin qocaman müəllimi Adil Cabbarov və gənc müəllim Xanım Şükürlü çıxış edərək gənclərin təlim-tərbiyəsində vətənpərvərlik ruhunun aşılanmasının önəmini vurğulayıblar.
Müzakirələr zamanı ölkədə həyata keçirilən gənclər siyasəti, dövlətin gənclərə göstərdiyi qayğı, qazilərin döyüş yolu və onların vətənpərvərlik tərbiyəsində rolu, Böyük Qayıdış proqramı, eləcə də 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması mövzularında geniş fikir mübadiləsi aparılmış və gənclər tərəfindən bu cür önəmli tədbirlərin mütəmadi keçirilməsi xahiş olunmuşdur.
Tədbirin sonunda iştirakçılar Vətən müharibəsi şəhidi, baş leytenant Amin Mayis oğlu Gülməmmədovun məzarını ziyarət ediblər.
Rafiq TƏHMƏZ
Digər xəbərlər