Şəhid İlkin Muradlının xatirəsinə həsr edilmiş təd...
12:30 04.12.2024
0
0
0
NAXÇIVAN :
04 Dekabr 2024, Çərşənbə
İbrahim Malikəjdər oğlu
(29.01.1992-19.09.2023)
İbrahim çox igid, mərd, qorxmaz uşaq olub. Orta təhsilini 16 nömrəli tam orta məktəbdə alıb. Çox yaxşı oxuyurdu. Müəllimləri hər zaman İbrahimin seçilən uşaq olduğunu qürurla deyirlər.
Oğlum balaca vaxtından Vətənə bağlı uşaq olub. Müharibəyə gedəndə dedim ki, özünü qoru. Dedi, ana, biz Vətəni qorumağa gedirik. Özümüzü müharibədən sonra qoruyarıq. Vətəni mən qorumayım, o qorumasın. Bəs Vətənimizi kim qorusun?
Müharibə başlayanda ailəliklə Naftalan şəhərində idik. Oğlumun ad gününü qeyd edirdik. Həmin vaxt zəng gəldi İbrahimin telefonuna. İbrahim övladını, məni və yoldaşını evdə qoyub döyüşə yollandı. Əsgərləri İbrahim haqqında çox qürurla danışırlar. Deyirlər, bizim böyük qardaşımız idi. O, bir gün olsun belə bizimlə komandir kimi davranmadı.
İbrahim universitetdə oxuyurdu. Ancaq universitet bağlandığı üçün təhsili yarımçıq qaldı. Sonra zabitlik kursunda təhsilini davam etdirdi. İbrahim müharibənin 44 günündə də iştirak etdi. Amma balamın qismətində deyilmiş həmin vaxt şəhid olmaq. 23 saat 43 dəqiqəyə balamı Vətənə qurban verdik. Həmin gün evə zəng vurdu. Telefonu yoldaşı açdı. Dedi, tez anama ver. Telefonu aldım. Hər dəfə ana deyəndə mən də ona can deyirdim. İbrahim tez deyirdi, can anam... Bu dəfə can deyəndə heç nə demədi. Sanki tələsirdi. Tez-tez danışırdı. Dedi, bu gecə növbədə qalmışam, yuxusuzam. Bizi Bərdəyə aparırlar. Mən heç nə başa düşmədim. Heç soruşmadım ki, bəs növbədən sonra səni niyə Bərdəyə aparırlar. Çox bərk uşaq idi. Müharibədən bir kəlmə də olsun demədi. O gedən getdi. Yoldaşları deyir ki, indi də qəlbimizdə yaşayır. Heç vaxt onu unutmayacağıq.
İndi İbrahimin körpə balası ilə nəfəs alıram. Yaxşı ki, balası var. Vətən sağ olsun!
Digər xəbərlər