NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Dayanıqlı inkişaf və iqlim dəyişikliyi ilə mübarizə sahəsində iqtisadi məsələlərə dair fikir mübadiləsi aparılıb

...

İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Fəaliyyəti və Maliyyə üzrə xüsusi elçisi və Xalis sıfır üzrə Qlazqo Maliyyə Alyansının həmsədri Mark Karni ilə görüşüb.

Nazirlikdən bildirilib ki, görüşdə Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizə fəaliyyətində iştiraka, ətraf mühitin mühafizəsinə və alternativ enerji mənbələrinin yaradılmasına xüsusi önəm verildiyi qeyd edilib.

Tərəflər Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ev sahibi kimi qlobal iqtisadi çağırışların həllində fəal mövqeyi, xalis sıfır hədəfinə uyğun biznes həllərinə investisiya, COP29 çərçivəsində potensial tərəfdaşlıq məsələlərini müzakirə ediblər.

Əməkdaşlığın gündəliyində olan məsələlər, o cümlədən dayanıqlı inkişaf və iqlim dəyişikliyi ilə mübarizə sahəsində iqtisadi məsələlərə dair fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 23.07.2024 19:13