Yeni tədris ili münasibətilə şəhid övladlarına mək...
19:19 14.09.2026
0
0
0
Daşkəsən Rayon İcra Hakimiyyətində “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə yaradılmış rayon qərargahının növbəti iclası olub və təsərrüfatlara yerində baxış keçirilib.
“Şərq qapısı” xəbər verir ki, iclasda rayon rəhbərliyi və Prezident Administrasiyasının məsul əməkdaşı, qərargah üzvləri və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər. İclasda ölkəmizdə kənd təsərrüfatının inkişafı, fermerlərin fəaliyyətinin stimullaşdırılması və aqrar sahədə dayanıqlı inkişafın təmin edilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən danışılıb.
Rayonda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində mövcud vəziyyət, problemlər və onların həlli istiqamətində görüləcək işlər, habelə Dövlət Proqramından irəli gələn təkliflər müzakirə olunub, fikir mübadiləsi aparılıb.
Daha sonra rayon ərazisində fəaliyyət göstərən heyvandarlıq, arıçılıq, balıqçılıq təsərrüfatlarına baxış keçirilib. Baxış zamanı təsərrüfatların fəaliyyəti, istehsal imkanları, mövcud infrastruktur və məhsuldarlığın artırılması üçün potensial imkanlar qiymətləndirilib, fermerlərin təklif və müraciətləri dinlənilib, dövlət dəstəyi mexanizmlərindən, o cümlədən subsidiya imkanlarından səmərəli istifadə ilə bağlı fikir mübadiləsi aparılıb.
Digər xəbərlər