“Euronews” Prezident İlham Əliyevin Almaniya səfər...
12:53 22.07.2026
0
0
0
NAXÇIVAN :
22 Iyul 2026, Çərşənbə
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İsrailin Technion - Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində növbəti – yeddinci məzun günü keçirilib.
"Şərq qapısı" xəbər verir ki, bu tədris dalğası çərçivəsində daha 100 nəfər kibertəhlükəsizlik üzrə yüksəkixtisaslı mütəxəssis hazırlığını başa vurub.
Tədbirin açılışında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov, Technion İnstitutunun Davamlı Təhsil Mərkəzinin direktoru Moti Yeger və “PAŞA Holding”in nümayəndəsi Tuğra Musayeva çıxış ediblər.
Fərid Osmanov çıxışında bildirib ki, kibertəhlükəsizlik rəqəmsal transformasiyanın ayrılmaz hissəsidir və bu sahədə yüksək ixtisaslı insan kapitalının formalaşdırılması dövlətin əsas prioritetlərindən biridir.
Onun sözlərinə görə, Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planında kibertəhlükəsizliyin gücləndirilməsi və bu istiqamətdə peşəkar kadr potensialının inkişafı rəqəmsal transformasiyanın əsas istiqamətləri sırasında yer alır.
“Rəqəmsal transformasiya sürətləndikcə kibertəhlükəsizlik ölkələrin dayanıqlı inkişafı və milli təhlükəsizliyi üçün mühüm prioritetlərdən birinə çevrilir. Bu sahədə uğurun əsas şərtlərindən biri güclü insan kapitalının formalaşdırılmasıdır. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi fəaliyyətə başladığı qısa müddət ərzində beynəlxalq standartlara uyğun yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına mühüm töhfə verib”, – deyə Fərid Osmanov vurğulayıb.
Tədbir çərçivəsində məzunlardan ibarət komanda tərəfindən hazırlanmış yekun layihə də təqdim olunub. Komanda üzvləri tədris müddətində əldə etdikləri bilikləri real kibertəhlükəsizlik problemlərinin həllinə tətbiq edərək hazırladıqları innovativ yanaşmaları və nəticələri nümayiş etdiriblər.
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi beynəlxalq əməkdaşlıq çərçivəsində ölkədə kibertəhlükəsizlik üzrə peşəkar kadrların hazırlanmasına, yerli ekosistemin inkişafına və rəqəmsal təhlükəsizliyin gücləndirilməsinə xidmət edir.
Digər xəbərlər