Sankt-Peterburq qubernatoru Azərbaycanın Baş Konsu...
15:19 26.12.2024
0
0
0
Türkiyənin aparıcı media orqanlarından biri olan “Cumhuriyet” qəzeti BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) gündəliyi və əhəmiyyəti barədə oxuculara məlumat verib.
Nəşrdə yaşıl texnologiyalar və iqlim dəyişikliyi ilə mübarizədə ayrı-ayrı dövlətlərin addımlarının müsbət qiymətləndirilməsinin zəruriliyi vurğulanır.
Qəzet öz oxucularına bu yay dünyada demək olar ki, hər gün qeydə alınan anomal istiləri xatırladıb. Nəşr qeyd edir: “İqlim dəyişikliyi insanların içməli suya çıxışını çətinləşdirir, quraqlıqlar artır və havanın keyfiyyəti pisləşir”.
Materialda qeyd olunur: “İnkişaf etməkdə olan ölkələrə verilən iqlimin maliyyələşdirilməsi vədlərinin tam yerinə yetirilməməsi baxımından 2024-cü il iqlim dəyişikliyi gündəliyi üçün heç də yaxşı il deyil. Eyni zamanda, yaşıl texnologiyaların və ayrı-ayrı ölkələrin səylərinin iqlim gündəliyinə müsbət töhfəsini qeyd etmək lazımdır. Bu kontekstdə COP29-u istənilən ekoloji kursa doğru yönəlmək üçün ilin son fürsəti adlandırmaq heç də yanlış olmazdı”.
Qəzet oxuculara Bakıda keçirilən qlobal sammitin gündəliyində duran əsas məsələlər, o cümlədən Milli Səviyyədə Təyin Edilən Töhfələrin (NDC) müzakirəsi barədə məlumat verib və diqqəti COP29-da Türkiyə pavilyonuna çəkib.
Nəşr vurğulayır ki, COP29 haqlı olaraq insan sağlamlığı və planetin gələcəyi baxımından ilin əsas ekoloji hadisəsidir.
Digər xəbərlər