NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Culfa şəhər 2 nömrəli tam orta məktəbdə yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib

...

2024-2025-ci tədris ilinin başlanması münasibətilə Culfa şəhər 2 nömrəli tam orta məktəbdə tədbir keçirilib. Tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova çıxış edərək bildirib ki, ölkəmizin rəhbəri cənab İlham Əliyevin təhsilə, elmə göstərdiyi yüksək diqqətin qarşılığında müəllimlər və şagirdlər daha da əzmlə çalışmalıdırlar və yüksək nailiyyətlər əldə edərək görülən işlərə öz töhfələrini verməlidirlər. 
Daha sonra çıxış edən Culfa Rayon Təhsil Şöbəsinin müdiri Sahil Əlizadə və 2 nömrəli tam orta məktəbin direktoru Məhluqə Rzayeva müəllim və şagird heyətinə yeni dərs ilində uğurlar arzulayıblar. 
Sonda şagirdlər hazırladıqları bədii kompozisiyalarla tədbir iştirakçılarına xoş anlar yaşadıblar.

Nəşr edilib : 16.09.2024 18:23