NAXÇIVAN :

11 Fevral 2026, Çərşənbə

Culfa rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram konserti təşkil olunub

...

Culfa Rayon İcra Hakimiyyəti və Culfa Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Culfa şəhərində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram konserti təşkil olunub. Tədbirdə rayon sakinləri və dövlət qurumlarının əməkdaşları iştirak ediblər.

Konsert proqramında mədəniyyət və incəsənət nümayəndələri tərəfindən milli və müasir musiqi nümunələri, eləcə də rəqs və səhnə çıxışları təqdim olunub. 

Şaxta baba, Qar qız və cizgi film personajlarının iştirakı isə uşaqlara xüsusi sevinc bəxş edib.

Nəşr edilib : 30.12.2025 16:36