Naxçıvan Muxtar Respublikasında dekabr ayının 5-nə...
23:45 04.12.2024
0
0
0
NAXÇIVAN :
05 Dekabr 2024, Cümə axşamı
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İcra və probasiya şöbəsi və İstintaq bölməsi tərəfindən yerli icra və probasiya qurumlarında məhkəmə və digər orqanların qərarlarının düzgün və vaxtında icra olunması, icrası çətinlik törədən icra işlərinə köməklik göstərilməsi məqsədi ilə icra sənədi üzrə icradan qəsdən yayınan borclularla proflaktiki görüşlər keçirilir. Bu məqsədlə növbəti tədbir avqustun 29-da Culfa rayon İcra və probasiya bölməsində keçirilib.
Tədbirdə nazirliyin İcra və probasiya şöbəsinin rəisi İntiqam Vəliyev və İstintaq bölməsinin rəisi Zamin Nəbiyev çıxış edərək, icra sənədlərinin icra olunması, alimentin ödənilməsi, eyni zamanda məhkəmə qərarları üzrə məbləğlərin hissə-hissə ödənilməsi üçün məhkəməyə müraciət edilməsi qaydası və cinayət məsuliyyəti barədə qanunvericilikdən irəli gələn əsas məqamlar barədə məlumat veriblər.
Çıxış edənlər tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburiliyi diqqətə çatdırılıb, eyni zamanda borclu şəxslərin qərəzli olaraq icradan yayınma halları zamanı yarana biləcək hüquqi məsuliyyət izah edilib.
Həmçinin iş yeri olmayan borclulara Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində keçirilən əmək yarmarkalarında iştrak etmələri, bir çox sahələr üzrə kifayət qədər iş yerlərinin yarmarkaya çıxarıldığı, həmin yarmarkalardan yararlanaraq iş tapa bilmələrinin mümkünlüyü, həmçinin Dövlət Məşğulluq Agentliyinin daimi fəaliyyət göstərdiyi və istənilən gün həmin Agentliyə müraciət edib müvafiq işlə təmin edilə bilmələrinin mümkünlüyü izah edilmişdir.
Sonda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallara ətraflı cavab verilib.
Digər xəbərlər