NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Cüdoçumuz beynəlxalq turnirin mükafatçısı olub

...

Goranboy Olimpiya İdman Kompleksində yeniyetmə cüdoçular arasında “Goranboy Cup” beynəlxalq turniri keçirilib. Oktyabrın 4-dən 6-dək davam edən yarışda Azərbaycan, Serbiya, Türkiyə, Luksemburq, Küveyt, Estoniya, Latviyadan yığma komandalar, Uşaq-gənclər idman məktəbləri və klublardan 600-ə yaxın cüdoçu müxtəlif çəki dərəcələrində çıxış ediblər. 

Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin şagirdləri də medallar uğrunda mübarizə aparıblar. Təmsilçilərimizdən Fuad Cəlilzadə 42 kq çəki dərəcəsində keçirdiyi 5 görüşdən dördündə qalib gəlib. Nəticədə, Fuad iştirak etdiyi ilk beynəlxalq turnirin bürünc medalına layiq görülüb.

Nəşr edilib : 07.10.2024 14:59