Naxçıvan Muxtar Respublikasında 23 noyabra gözləni...
23:45 22.11.2024
0
0
0
NAXÇIVAN :
23 Noyabr 2024, Şənbə
Ölkədə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, bu ilin aprelindən COP29 başlayanadək olan dövrdə Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun inzibati ərazi vahidi üzrə, ümumilikdə 48 keytrinq xidməti ilə məşğul olan obyektdə, 350 hoteldə və qonaqlar üçün nəzərdə tutulan əlavə 11 rezidensiyada qiymətləndirmə aparılıb.
Qiymətləndirmə çərçivəsində aşkarlanan nöqsanların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib. Təkrar qiymətləndirmələr zamanı isə uyğunsuzluqların aradan qaldırıldığı müəyyən edilib. Həmçinin həmin dövrdə 1514-ü ticarət, 5 min 272-si ictimai iaşə olmaqla, ümumilikdə 6 min 786 müəssisədə monitorinq aparılıb. Eyni zamanda, ümumilikdə 1107 olmaqla, hotellərin ətrafında yerləşən 845 və metro stansiyalarının ətrafındakı 262 ictimai iaşə müəssisəsində qiymətləndirmə həyata keçirilib. Nəzarət tədbirləri çərçivəsində aşkarlanmış uyğunsuzluqların aradan qaldırılması agentliyin əməkdaşlarının müvafiq tövsiyələri əsasında təmin edilib.
AQTA-nın nəzarət tədbirləri COP29 başlayandan sonra da davam etdirilir. Agentliyin əməkdaşları tərəfindən Bakı Olimpiya Stadionunun qidaların hazırlanması, qəbulu və satışı həyata keçirilən sahələrində mütəmadi nəzarət tədbirləri görülür, məhsulların tələblərə uyğunluğu qiymətləndirilir. Həmçinin qida məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında ekspertizalara cəlb olunur. Eyni zamanda, operativ nəticələr əldə etməkdən ötrü stadionun ərazisində yerləşdirilmiş İnstitutun 2 mobil laboratoriyasında ekspres üsullarla müvafiq analizlər aparılır.
Bundan başqa, agentliyin əməkdaşları rezidensiyalarda, həmçinin Bakı şəhərində və Abşeron rayonunda fəaliyyət göstərən hotellərdə mütəmadi monitorinqlər keçirir. Eləcə də ictimai iaşə müəssisələrində, o cümlədən metro stansiyalarının ətrafındakı obyektlərdə gündəlik nəzarət tədbirlərini həyata keçirir. Artıq həmin çərçivədə 572 ictimai iaşə müəssisəsində monitorinq aparılıb. Nəzarət tədbirləri zamanı aşkarlanan müəyyən nöqsanların agentliyin əməkdaşlarının tövsiyələri əsasında müəssisələrin məsul şəxsləri tərəfindən dərhal aradan qaldırılması təmin olunur.
Digər xəbərlər