NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

COP29 Azərbaycan Əməliyyat Şirkəti dayanıqlılıq üzrə onlayn təlim proqramını ictimaiyyətə təqdim edib

...

COP29 Azərbaycan Əməliyyat Şirkəti iqlim dəyişmələrinə qarşı mübarizədə dayanıqlı inkişafın və qlobal ekoloji öhdəliklərin yerinə yetirilməsinin təşviqi istiqamətində fəaliyyətini davam etdirir. Bu çərçivədə, COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən yeni onlayn dayanıqlılıq təlim proqramı geniş ictimaiyyətə təqdim olunub.

Şirkətin mətbuat xidmətindən bildirilib ki, COP29 Azərbaycan Əməliyyat Şirkətinin müvafiq sahələr üzrə ixtisaslaşmış mütəxəssisləri tərəfindən tərtib edilən təlim proqramı ekoloji və sosial dayanıqlılıq, müyəssərlik, inklüzivlik və digər müxtəlif mövzularda məlumatlılığın artırılmasına xidmət edir. Proqramın məqsədi COP29 ərəfəsində dayanıqlı və inklüziv gələcəyin qurulması üçün hər bir vətəndaşın rolunu vurğulamaqla əsas anlayış və bilikləri təmin etmək, qeyd edilən istiqamətdə ictimai maarifləndirməyə töhfə vermək, eləcə də COP29 konfransı və konfransdan sonra müvafiq sahədə vərdişlərin formalaşdırılması və tətbiqinin təşviqidir.

Onlayn təlim proqramından yararlanmaq istəyən hər kəs “Eduaz” onlayn tədris platformasının müvafiq bölməsi üzərindən qeydiyyatdan keçərək bu təlimlərə qoşula bilər. Qeydiyyat haqqında videotəlimatı linkə keçid edərək izləmək mümkündür. Təlim proqramı ilə əlaqədar yarana biləcək suallarla bağlı +994 12 535 29 28 nömrəsi ilə əlaqə saxlanıla bilər.

Nəşr edilib : 17.10.2024 16:08