NAXÇIVAN :

24 Yanvar 2026, Şənbə

“Cloudflare” istifadə edən bir çox veb resurslarında müvəqqəti dayanma baş verib

...

Bu gün “Cloudflare”in qlobal infrastrukturunda müşahidə olunan fasilələr nəticəsində ölkəmizdə “Cloudflare”xidmətindən istifadə edən bir çox veb resurslarında müvəqqəti dayanma baş verib.

"Şərq qapısı" xəbər verir ki, bu barıədə  Elektron Təhlükəsizlik Xidmətindən (ETX) bildirilib.

Dayanmalara səbəb kimi “Cloudflar”in son günlərdə “Aisuru botnet” tərəfindən həyata keçirilən rekord həcmli DDoS hücumlarını dəf etməsi ilə əlaqəli yük artımı göstərilir.

Şirkət hücumları neytrallaşdırsa da, qlobal trafikdə yaranan dalğalanmalar bəzi lokal resursların əlçatanlığında qısamüddətli problemlərə səbəb olub.

Hazırda xidmətlər tam bərpa edilib və sabit fəaliyyət göstərir.

Nəşr edilib : 05.12.2025 14:06