Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının...
17:01 14.08.2026
0
0
0
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Çinin ən iri dövlət şirkətlərindən biri olan “CITIC Group”un vitse-prezidenti Benjamin Baonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, görüşdə Bakıda həyata keçirilməsi nəzərdə tutulan süni intellekt hesablama platforması layihəsi üzrə əməkdaşlıq imkanları müzakirə olunub. Mərhələli şəkildə həyata keçirilməsi və ilkin gücünün 1 GVt-a qədər olması nəzərdə tutulan platforma ilə bağlı “CITIC Group”un potensial tərəfdaş, o cümlədən maliyyələşdirmə və tikinti-quraşdırma işlərinin icrasında iştirakçı qismində cəlb olunması məsələsi müzakirə mövzularından biri olub.
Həmçinin “AZCON Holdinq”in nəqliyyat, rabitə və Milli Süni İntellekt Mərkəzi üzrə layihələri çərçivəsində “CITIC Group”la əməkdaşlıq imkanları müzakirə olunub.
Görüş Bakıda rəqəmsal iqtisadiyyatın inkişafı və beynəlxalq strateji tərəfdaşlıqların genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamıdır.
“CITIC Group” bank, qeyri-bank maliyyə xidmətləri, sənaye istehsalı, qabaqcıl materiallar və yeni tipli şəhərsalma olmaqla beş əsas biznes istiqaməti üzrə fəaliyyət göstərir. Şirkətin ümumi aktivləri təxminən 1,5 trilyon ABŞ dolları təşkil edir.
Digər xəbərlər