FHN: İyulun 6-da Şüvəlan qəsəbəsində dənizdə batan...
11:41 10.07.2026
0
0
0
Çin Meteorologiya Mərkəzi ilin 9-cu tayfunu olan, ölkənin şərqinə güclü külək və yağış gətirəcəyi gözlənilən “Bavi” tayfunu ilə bağlı narıncı xəbərdarlıq elan edib.
"Şərq qapısı" xəbər verir ki, super tayfun olan “Bavi” Sakit okeanın üzərindən saatda 20 kilometr sürətlə Çinin şərqindəki Fucien və Cıcian əyalətlərinə doğru irəliləyir. Onun iyulun 11-də Çinin sahillərinə çatacağı gözlənilir. Amma proqnozlara görə, “Bavi” quruya zəifləmiş şəkildə çatacaq. Bununla belə, müvafiq qurumlara və əhaliyə tayfunun gətirə biləcəyi külək və yağıntılara hazır olmaq tövsiyə edilib. Əhaliyə geoloji fəlakətlərə meyilli dağlıq ərazilərdən və çay vadilərindən uzaq durmaq, dənizdəki balıqçı qayıqlarına sahilə qayıtmaq tövsiyə olunub. Artıq Cıcian əyalətində 17 min sakin təxliyə edilib. Tayfunla mübarizə tədbirləri üçün 170 min nəfər səfərbər edilib.
Cıcian və Fucien əyalətlərində leysan gözlənilir. Tayvan adasının bəzi yerlərində isə yağıntının miqdarının 800 millimetrə qədər yüksəlməsi proqnozlaşdırılır.
Qeyd edək ki, Çində 4 səviyyəli hava xəbərdarlıq sistemi mövcuddur. Qırmızı ən şiddətli hava şəraitini göstərir, ardınca narıncı, sarı və mavi xəbərdarlıq gəlir.
Digər xəbərlər