NAXÇIVAN :

06 Fevral 2026, Cümə

Çiçək nənənin üzüm bağından reportaj

...

Muxtar diyarımızın gözəl guşələrindən biri olan Babək rayonu həm təbiəti, həm də zəhmətkeş insanları ilə tanınır. Bu gün adı çəkilən rayonun Zeynəddin kəndindəyik. Bu kənd təkcə məhsuldar torpağı ilədeyil, sakit təbiəti, mehriban insanları ilə seçilir. Zeynəddin kəndində yaşayan Çiçək nənə ömrünü üzümçülüyə həsr edib. Həyat yoldaşını itirsədə, o ruhdan düşməyib, yorulmadan bu işi davam etdirib. Çiçək nənənin 62 yaşı olmasına baxmayaraq, onun çəkdiyi əziyyəti gördükcə anlayırsan ki, qadının gücü, əziyyəti, dözümü danılmazdır. Bizdə Çiçək nənə ilə həmsöhbət olmaq üçün kəndə yola düşdük.

Elə qapıya təzəcə çatmışdıq ki, gülərüz Çiçək nənə “Siz bizim kəndə xoş gəlmisiz”, – deyə bizi salamladı. Həyətə ilk addımı atar-atmaz bizi üzüm tənəkləri qarşıladı.Çiçək nənəgülümsəyərək: “Qızım üzüm yetişdirmək həm zəhmətli, həmdə şirin işdir”,–söylədi. Çiçək nənə söhbətə davam edir:“Bu bağ həyatımınbir parçasına çevrilib.Artıq 50 ildir ki, bu iş nəsildən-nəslə ötürülüb gəlib, mən də qoruyub saxlamışam ki, bizdən sonra da davam etsin.Bəzən satışa çıxarırıq, amma ən çox sevinə-sevinə qohumlara pay göndəririk. Bu təsərrüfat, sadəcə, üzüm bağı deyil, ailəmizin yadigarıdır”. Müsahibim bizə üzüm yetişdirilməqaydalarından da söhbət açdı: “Üzüm bağlarında arxlar dərin olur. Arası isə 3 metr, tənəklər də bir-birindən 2 metr məsafədə əkilir. Kənddə bu üsulla əkilən, yaşı 100-dən yuxarı olan bağlar var. Onların inkişafı üçün gündəlik temperatur 10 dərəcə olmalıdır. Bu gün bağımızda yetişən“teyti”, “nəbi”, “xəlilli”, “hüseyni”, “təbrizi”, “mərəndi”, “şəfiyi”, “mələyi”, “əsgəri”, “xatını”, “xangörməz”, “aldərə”, “qara əsgəri”, “ağ, qırmızı”, “sarı və qara kişmişlər”, “hənəqırna”, “qoçbaşı” kimi dadı damaqdan getməyən üzüm növləri süfrələrimizin bəzəyidir.Üzüm becərmək hər təsərrüfatçının işi deyil. Çünki xüsusi diqqət tələb edir”.

Xəstəliyə çox tez tutulduğuna görə dərmanlamanı, suvarmanı vaxtlı-vaxtında aparmaq lazımdır. Müsahibim qeyd etdi ki, üzümün suya tələbatının az olması da onun təsərrüfatçılar tərəfindən daha çox becərilməsinə gətirib çıxarır. Bir üzüm koluna ildə 3-4 dəfə su vermək kifayət edir,eyni zamandayağışın yağması daüzüm üçün çox faydalıdır. Həmçinin Çiçək nənədən öyrənirik ki, Zeynəddin kəndindəhər həyətdəüzüm koluna rast gəlmək mümkündür.Çünki kəndsakinlərinin əsas gəlir mənbəyi üzümçülük təsərrüfatıdır. Öyrənirik ki, elə ilin bu fəslindəbu yurd yerinin insanları yetişdirdikləri üzümdən mürəbbə, kompot,sirkə, doşab və kişmiş də hazırlayırlar. Bu iş xüsusizəhmət və bacarıq tələb edir.

Bu gözəl yurdun insanları torpağı becərərək halal ruzilərini zəhmətlə qazanırlar. Biz də elə Çiçək nənənin bağındakı üzümü dadan zaman niyə məhz Zeynəddin üzümünün şöhrəti dillər əzbəri olduğunu şahidi oluruq. Biz yavaş-yavaş söhbətimizi bitirib getməyə hazırlaşanda Çiçək nənəbizi qapıya qədər yola saldı, əlini yelləyib “Yolunuz açıq olsun”, – dedi. Elə yola düşəcəkdik ki, Çiçək nənə bizi arxadan səsləyib üzüm tənəklərinə sarı boylandı, bir-iki salxım üzüm dərib “Bu da sizə payım olsun, kəndimizin nemətindən dadın”, – dedi. Onun bu səmimiyyəti, üzüm salxımlarının şirinliyi kimi yaddaşımızda iz buraxdı.

Kəndin zəhmətkeş, torpağa bağlı insanlarının üzümçülük ənənələrinihələ min illər bundan sonra nəsildən-nəslə ötürərək davam etdirəcəyinə əminik. Bizi gülərüz və mehribancasına qarşılayıb və eləcədə yola salan Çiçək nənəyə təşəkkür edib,məmləkətimizin bu dilbər guşəsində yenidən görüşmək ümidi ilə deyib sağollaşırıq.

Zəhra VƏLİYEVA

Nəşr edilib : 31.08.2025 11:23