NAXÇIVAN :

28 Iyun 2026, Bazar

Bakı metrosunun fəaliyyəti bərpa olunub -YENİLƏNİB 5

...

“Bakı Metropoliteni” QSC-nin fəaliyyəti bərpa olunub.

"Şərq qapısı" xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

“Xətlər üzrə qatarlararası intervallar qorunmaqla hərəkət tam təmin edilib. Yaranmış narahatlığa görə sərnişinlərdən bir daha üzr istəyir, göstərilən anlayışa görə təşəkkür edirik”, - deyə qurumun yaydığı məlumatda bildirilir.

14.52

“Bakı Metropoliteni”nin fəaliyyəti saat 15:00-da bərpa ediləcək.

"Şərq qapısı" xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

13.13

Hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.

“Bakı Metropoliteni” QSC-dən "Şərq qapısı"na bildirilib ki, yaxın bir saat ərzində metropolitenin fəaliyyəti bərpa ediləcək.

13.04

“Qara Qarayev–Nərimanov” mənzilində tuneldə qalan qatarlardan sərnişinlərin evakuasiyası təhlükəsiz şəkildə həyata keçirilib.

“Bakı Metropoliteni” QSC-dən "Şərq qapısı"na bildirilib ki, hazırda texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

12.57

Bakı metrosunda təmas relsinə yüksək gərginliyin verilməsində yaranan nasazlıq zamanı metro əməkdaşları və sərnişinlərin həyatı üçün hər hansı təhlükə qeydə alınmayıb.

“Bakı Metropoliteni” QSC-dən "Şərq qapısı"na bildirilib ki, hazırda texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

12:41

“Bakı Metropoliteni” QSC-nin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

QSC-dən "Şərq qapısı"na bildirilib ki, bu gün saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.

Təhlükəsizlik məqsədilə "Ulduz" və "Nərimanov" stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların "Nərimanov–Əhmədli" istiqamətində hərəkəti məhdudlaşdırılıb.

Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür.

Nəşr edilib : 21.04.2026 15:15