NAXÇIVAN :

18 Yanvar 2025, Şənbə

Ceyhun Bayramov: Suriyaya ilk kömək əlini Türkiyə uzadıb və Azərbaycan da bu prosesə dəstəyini bildirib

...

Suriyaya ilk kömək əlini Türkiyə uzadıb və Azərbaycan da bu prosesə dəstəyini bildirib.
"Şərq qapısı” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 18-də türkiyəli həmkarı Hakan Fidan ilə Bakıda keçirilən birgə mətbuat konfransında deyib.
“Ötən il Azərbaycan Suriyaya humanitar yardım karvanı göndərib. Biz hazırda onlara müxtəlif istiqamətlərdə yardımlar təklif edirik. Seçimlərindən asılı olaraq yardım göstərəcəyik. Suriyanın beynəlxalq münasibətlər sistemində aktorlardan birinə çevrilməsi vacibdir”, - o əlavə edib.

Nəşr edilib : 18.01.2025 14:16