NAXÇIVAN :

30 Aprel 2025, Çərşənbə

Ceyhun Bayramov suriyalı həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib - YENİLƏNİB

...

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Suriyanın keçid hökumətinin xarici işlər və xaricdə yaşayan suriyalılar naziri Əssad Həsən Əş-Şibani arasında telefon danışığı aparılıb.

Telefon danışığı zamanı Azərbaycan-Suriya əlaqələri, regional təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Nazirlər telefon danışığı zamanı Suriyada Əsəd rejiminin dağılmasından sonra Azərbaycanla-Suriya arasında  geniş əməkdaşlıq perspektivlərinin mövcud olduğunu bildiriblər.

Uzun fasilədən sonra ölkəmizin Suriyada səfirliyinin işinin bərpasına göstərilən dəstəyə görə təşəkkür ifadə olunub. Suriyada sabitliyin möhkəmləndirilməsi istiqamətində səylərə toxunarkən, ölkəmizin Suriyanın bərpa prosesində iştirak niyyətinin, habelə Suriyaya göstərilən humanitar yardımın əhəmiyyəti vurğulanıb. Bu çərçivədə, Azərbaycan-Türkiyə-Suriya əməkdaşlıq formatının inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

10:46

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov suriyalı həmkarı Əsəd əl-Şeybani ilə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə "Sana" agentliyi məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı tərəflər qarşılıqlı maraq doğuran məsələlər üzrə fəaliyyətlərin əlaqələndirilməsinin vacibliyini də vurğulayıblar.

"Nazirlər Suriya hökumətinin ölkənin bərpası və enerji sektorunda sabitliyin əldə edilməsi istiqamətində göstərdiyi səylərin dəstəklənməsinin mühüm olduğunu bildiriblər. Eyni zamanda, siyasi və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd ediblər. XİN başçıları qurumlar arasında əlaqə kanallarının aktivləşdirilməsi və müxtəlif səviyyələrdə səfərlərin təşviq edilməsinin  zəruriliyini vurğulayıblar", - agentlik bildirib

Nəşr edilib : 15.04.2025 12:14