NAXÇIVAN :

27 Aprel 2025, Bazar

Ceyhun Bayramov sloveniyalı həmkarı ilə müxtəlif sahələrdə mövcud əməkdaşlıq potensialını müzakirə edib

...

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov sloveniyalı həmkarı Tanja Fajon ilə görüşüb.
"Şərq qapısı" xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesabında yazılıb.
Görüş Maltada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində baş tutub.
İqtisadiyyat, ticarət və enerji sahələrində mövcud əməkdaşlıq potensialı diqqətə çatdırılıb və mövcud imkanlardan yararlanmaq üçün mövcud əlaqələri daha yüksək səviyyəyə qaldırmaq məqsədilə siyasi dialoqun davam etdirilməsinin zəruriliyi vurğulanıb.
Sloveniyanın xarici işlər nazirinə münaqişədən sonrakı regional vəziyyət və reallıqlar barədə də məlumat verilib.

Nəşr edilib : 05.12.2024 20:17