NAXÇIVAN :

25 May 2025, Bazar

Ceyhun Bayramov: Rusiya ilə Ukrayna arasında sülhün əldə edilməsi ilə bağlı Türkiyədə keçirilən danışıqları müsbət dəyərləndiririk

...

Həmkarım Rusiya-Ukrayna müharibəsində son vəziyyətlə bağlı fikirlərini bölüşdü. İlk olaraq bizim arzumuz atəşkəsin əldə edilməsidir. Münaqişənin siyasi-hüquqi yollarla həllinin tərəfdarıyıq.
"Şərq qapısı" xəbər verir ki, bu fikirləri mayın 25-də Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə keçirdiyi birgə mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov səsləndirib.
“Mayın 15-də Türkiyədə keçirilən danışıqları müsbət dəyərləndiririk”, - deyən nazir Azərbaycanın uzunmüddətli sülhün əldə olunmasını arzuladığını bildirib, müharibənin ilk günlərindən ölkəmizin Ukrayna tərəfinə bir çox sahələrdə dəstək göstərdiyini xatırladıb.

Nəşr edilib : 25.05.2025 14:17