NAXÇIVAN :

05 Dekabr 2024, Cümə axşamı

Ceyhun Bayramov İran İslam Respublikasına işgüzar səfərə yola düşüb

...

3 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında iştirak etmək məqsədilə İran İslam Respublikasının Məşhəd şəhərinə yola düşüb.

"Şərq qapısı" xəbər verir ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Nəşr edilib : 03.12.2024 08:20