NAXÇIVAN :

04 Dekabr 2024, Çərşənbə

Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak etmək üçün Maltaya gedib

...

Dekabrın 4-də xarici işlər naziri Ceyhun Bayramov Malta Respublikasının paytaxtı Valetta şəhərinə işgüzar səfərə yola düşüb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında iştirakı və çıxışı, habelə tədbirdə iştirak edən digər ölkələrin rəsmi şəxsləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Nəşr edilib : 04.12.2024 10:09