Cahit Bağçı: Beynəlxalq Demokratlar Birliyi Azərba...
21:54 04.12.2024
0
0
0
Cənubi Koreya ilə Qırğızıstan arasında münasibətlər hərtərəfli tərəfdaşlıq səviyyəsinə yüksəldilib.
"Şərq qapısı" xəbər verir ki, Seulda Cənubi Koreya və Qırğızıstan Prezidentləri Yun Sok Yol və Sadır Japarov iki ölkə arasında hərtəfərli tərəfdaşlıq münasibətlərinin qurulması haqqında birgə bəyannaməni imzalaylıblar. Bu, iki ölkənin 1992-ci ildə diplomatik əlaqələr qurmasından sonra münasibətlərini yüksəltməsinə dair ilk addımdır.
“Hökumətimiz Mərkəzi Asiyanın Asiya ilə Avropa arasında körpü kimi strateji əhəmiyyətinə diqqət verir”, - deyən Prezident Yun Sok Yol əlavə edib ki, Cənubi Koreya Mərkəzi Asiyada mühüm tərəfdaş olan Qırğızıstan ilə münasibətlərin əhəmiyyətli dərəcədə inkişafına çalışır.
Sadır Japarovun Cənubi Koreyaya rəsmi səfəri çərçivəsində iki ölkə arasında ticarət, enerji, investisiya, təhsil, iqlim dəyişikliyi ilə mübarizəyə dair bir neçə sənəd imzalanıb. Razılaşmaya əsasən, Cənubi Koreya Qırğızıstana 500 milyon dollar dəyərində aşağı faizli kredit ayıracaq.
Bundan başqa, tərəflər Qırğızıstanda istixana qazlarının azaldılması təşəbbüslərini birgə dəstəkləməyə, bu çərçivədə 10 kiçik su elektrik stansiyasının inşasına dair razılıq əldə ediblər.
Qırğızıstan Prezidenti Yun Sok Yolun 2025-ci ildə Cənubi Koreya və Mərkəzi Asiya ölkələri liderlərinin ilk zirvə toplantısının keçirilməsi təşəbbüsünü dəstəkləyib.
Digər xəbərlər