NAXÇIVAN :

07 Avqust 2026, Cümə

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb

...

Cəbrayıl rayonunun iki kəndində açıq sahədə yanğın hadisəsi baş verib.
“Şərq qapısı” xəbər verir ki, hadisə günorta saatlarında Horovlu və Quycaq kəndlərinin açıq və təpəlik sahələrində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində alov söndürülüb və ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

Nəşr edilib : 07.08.2026 20:48