COP29-da Ermənistanın Azərbaycana qarşı törətdiyi ...
19:28 21.11.2024
0
0
0
Cari tədris ilində Naxçıvanda 16 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad olunub, 33 direktora xəbərdarlıq, töhmət və şiddətli töhmət verilib.
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və rayon (şəhər) Təhsil Şöbələrinin monitorinq qrupları tərəfindən tədris ilinin başlanğıcından bu günə kimi ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesinin təşkili vəziyyəti, tədris-pedaqoji sənədləri yoxlanılıb və bir sıra məktəblərdə nöqsanlar aşkar olunub. Aparılmış monitorinqlər nəticəsində işlərində yol verdiyi nöqsanlara görə 13 məktəb, 1 məktəbdənkənar təhsil müəssisəsinin direktoru, 2 bağça müdiri vəzifəsindən azad olunub, 15 direktora xəbərdarlıq, 15 direktora şiddətli töhmət, 3 direktora isə sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilib.
Digər xəbərlər