NAXÇIVAN :

29 Noyabr 2024, Cümə

Cari ilin yanvar-sentyabr aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı artıb

...

Cari ilin yanvar-sentyabr aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 1 milyard 66 milyon 955 min 300 manat olub ki, bu da  2023-cü ilin müvafiq dövründəki göstəricidən 0,7 faiz çoxdur. Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 0,1 faiz artaraq 2272,5 manat olub.
Bu barədə "Şərq qapısı"na Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən məlumat verilib.  Eyni zamanda 2024-cü ilin yanvar-sentyabr aylarında muxtar respublikada 365 milyon 905 min 900 manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2023-cü ilin müvafiq dövründəki göstəricidən 0,3 faiz azdır. Sənaye məhsulunun 325 milyon 555 min 600 manatı və ya 89,0 faizi malların, 40 milyon 350 min 300 manatı və ya 11,0 faizi isə xidmətlərin payına düşüb.
Sənaye məhsulunun 0,2 faizi mədənçıxarma, 83,7 faizi emal, 14,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,3 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Nəşr edilib : 14.10.2024 14:38