“Əməyin mühafizəsi və texniki təhlükəsizlik normal...
18:56 21.04.2026
0
0
0
Avqustun 13-də Naxçıvan Muxtar Respublikasında yaşayan 63 şəhid övladı valideyni ilə birlikdə Şuşa şəhərinə ikigünlük səfərə yolla düşüblər.
"Şərq qapısı" xəbər verir ki, əvvəlcə Ali Məclisin deputatları, hökumət nümayəndələri, “Cahan Şirkətlər Qrupu” MMC-nin, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin əməkdaşları şəhid övladları ilə birlikdə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.
Qeyd edək ki, Bakı şəhərində səfər iştirakçılarını şirkətin əməkdaşları və Əməkdar artist Bəhram Bağırzadə qarşılayacaq. Onlara Qarabağın tarixi haqqında kitablar hədiyyə olunacaq.
Səfər zamanı “Xarıbülbül” otelində istirahətləri təşkil olunacaq, qəhrəman şəhid övladları Şuşa, Xankəndi və Ağdama səyahət edəcək, tarixi, gəzməli və görməli yerlərlə tanış olacaqlar.
Eyni zamanda səfər çərçivəsində uşaqların iştirakı ilə “Şuşanı təsvir edirəm” adlı rəsm sərgisi keçiriləcək.
Qeyd edək ki, Şəhid övladlarının Şuşaya qürur səfərinin təşkilində əsas məqsəd torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərin Vətənə əmanət qoyduğu övladlarına işğaldan azad edilmiş müqəddəs yurdları, Vətənimizin dilbər guşələrinin ecazkar təbiətini, tarixi-mədəni irsini və xalqımızın qəhrəmanlıq salnaməsini yerindəcə göstərərək onlarda Vətənə bağlılıq və qürur hisslərini daha da gücləndirməkdir.
Digər xəbərlər