NAXÇIVAN :

02 May 2026, Şənbə

Bu il Naxçıvanda müəllimlərin sertifikatlaşdırılmasının II dövriyyəsi keçiriləcək

...

"Naxçıvan Muxtar Respublikasında təhsilverənlərin sertifikatlaşdırılmasının ikinci dövriyyəsi 2026-cı ilin aprel-may aylarında keçiriləcək. II dövriyyəyə Azərbaycan və rus bölmələri üzrə Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, informatika, tarix, fizika, kimya, biologiya, coğrafiya, texnologiya, ingilis dili, rus dili, fransız dili, alman dili, musiqi, təsviri incəsənət, fiziki tərbiyə, ibtidai sinif və GÇH fənləri üzrə müəllimlər cəlb olunacaq".
“Şərq qapısı” xəbər verir ki, bu sözləri təhsilverənlərin sertifikatlaşdırılma prosesinin ikinci dövriyyəsi ilə bağlı media nümayəndələri üçün brifinqdə çıxışı zamanı Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov deyib.
Nazir bildirib ki, sertifikatlaşdırmanın test mərhələsində iştirak edəcək müəllimlərə Azərbaycan Respublikası Təhsil İnstitutunun müvafiq resurslarından istifadə tövsiyə olunur. Bununla bağlı “Test mərhələsinin qiymətləndirmə çərçivəsi” və ARTİ tərəfindən hazırlanmış videoresurslar təhsilverənlərin istifadəsinə təqdim edilib.

Nəşr edilib : 24.02.2026 16:38