Azərbaycan gimnastları Dünya Kubokunda növbəti qız...
21:14 18.10.2026
0
0
0
2025-ci ilin yanvar-sentyabr aylarında 221 yeni dövlət standartı qəbul edilmişdisə, 2026-cı ilin eyni dövründə 620 yeni dövlət standartı qəbul edilib.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini İlqar Həsənov Ümumdünya Standartlaşdırma Gününə həsr olunmuş təlimdə deyib.
İlqar Həsənov qeyd edib ki, cari ilin 9 ayında qəbul edilmiş yeni standartlardan 92-si nəqliyyat, 62-si qida texnologiyası və kənd təsərrüfatı, 43-ü isə mebel sahəsini əhatə edib.
“Son illərdə dövlət standartlarının qəbulunda əhəmiyyətli artım müşahidə olunur. Belə ki, 2021-ci ildə 36 dövlət standartı qəbul edildiyi halda, 2025-ci ildə bu göstərici 345-ə çatıb. Nəticədə 2021-ci illə müqayisədə 2025-ci ildə qəbul edilən standartların sayı 9,6 dəfə artıb”, - deyə agentlik rəsmisi vurğulayıb.
Digər xəbərlər