NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Bu il 1218 nəfər sosial adaptasiya məqsədilə məşğulluq tədbirlərinə cəlb edilib

...

Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilənlərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlərdən biri də onların məşğulluğunun təminatıdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin 11 ayında həmin kateqoriyadan olan 1218 nəfər aktiv məşğulluq tədbirləri ilə əhatə edilib.
"Şərq qapısı" xəbər verir ki, onlardan 919 şəxs münasib işlərlə təmin olunub, 254 şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib. 45 işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub.

Nəşr edilib : 27.12.2025 17:53