NAXÇIVAN :

05 Iyun 2025, Cümə axşamı

"AJet" şirkətinin Naxçıvan Hava Limanına ilk uçuşu baş tutdu

...

Bu gündən etibarən “AJet” şirkəti həftədə iki dəfə olmaqla (çərşənbə axşamı və şənbə) İstanbul-Naxçıvan reysi üzrə uçuşlara başlayıb.

Bakı vaxtı ilə saat 05:55-də İstanbuldakı Sabiha Gökçen Hava Limanından səmaya qalxan “AJet” şirkətinin təyyarəsi  Naxçıvan Beynəlxalq  Hava Limanına eniş edib.

Jurnalistlərə açıqlaması zamanı Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya qeyd edib ki, bu gün “AJet” şirkətinin Naxçıvan Hava Limanına ilk uçuşu baş tutdu. Bu əlamətdar hadisənin xeyirli və uğurlu olmasını diləyirəm.

“AJet” satış başqanımız  Macit Bayarbeyə Naxçıvana xoş gəldiyini deyirəm. Bildiyiniz kimi, uzun illərdir, Türk Hava Yolları Naxçıvana uçuşlar həyata keçirirdi. Bu gündən etibarən isə bu vəzifəni “AJet” davam etdirəcək. Həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri olmaqla İstanbul-Naxçıvan-Gəncə üzərindən reyslər təşkil olunacaq.

Hava nəqliyyatı xalqları və ölkələri bir-birinə yaxınlaşdıran vacib bir ünsürdür. Ümid edirəm ki, “AJet”də münasib qiymətlərlə İstanbul ilə Naxçıvan arasında bir körpü rolunu oynayacaq və onsuz da bir-birinə yaxın olan xalqlarımızı daha da yaxınlaşdıracaq.

Asip Kaya, həmçinin vurğulayıb ki, bizim əsas gözləntimiz, bu uçuşların sayının həftədə iki dəfə ilə məhdudlaşmaması gələcəkdə daha sıx və birbaşa reyslərin həyata keçirilməsidir. İnşallah, yaxın zamanda Naxçıvandan birbaşa İstanbul uçuşları da baş tutar.

Bu yeni addımın Naxçıvanımız və ölkəmiz üçün xeyirli olmasını diləyirəm. Əməyi keçən hər kəsə təşəkkür edirəm.                 

Nəşr edilib : 03.06.2025 10:44