Milli Müdafiə Universitetində zabit heyətinin təkm...
19:46 12.04.2025
0
0
0
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı keçirilir.
“Şərq qapısı” xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında imtahan üçün 2 bina ayrılıb.
İmtahanlar Naxçıvan şəhər 5 nömrəli və 14 nömrəli tam orta məktəbdə keçirilir. İmtahanda Naxçıvan üzrə 540 bakalavr iştirak edəcək.
İmtahanın idarə olunmasına 6 imtahan rəhbəri, 51 nəzarətçi-müəllim, cəlb olunub.
Qeyd edək ki, imtahan saat 11:00-da başlanıb və 3 saat 30 dəqiqə davam edəcək.
Bülbül QULİYEVA
Digər xəbərlər