Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempion...
22:56 21.04.2026
0
0
0
Bu gün gecə radələrində Naxçıvan şəhəri ərazisindən keçən diametri 355 mm olan magistral su kəmərində qəza baş verib.
"Şərq qapısı" xəbər verir ki, hadisə qeydə alındıqdan dərhal sonra Naxçıvan Şəhər Sukanal İdarəsinin əməkdaşları tərəfindən qəzanın təsir dairəsi müəyyən edilib və su təchizatı operativ şəkildə dayandırılıb.
Qəza-bərpa briqadaları tərəfindən hadisə yerində təmir-bərpa işlərinə dərhal başlanılıb. Qəzanın aradan qaldırılması istiqamətində bütün texniki resurslar səfərbər olunub.
Qəza nəticəsində Qaraçuxur-Qaraxənbəyli və Bulqan kəndlərinin su təminatı müvəqqəti olaraq dayandırılıb. Hazırda su təchizatının bərpası üçün intensiv işlər davam etdirilir.
Digər xəbərlər