NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Bu gün Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsində “Naxçıvan Muxtar Respublikasının turizm potensialının təbliğində könüllülərin rolu" mövzusunda tədbir keçirilib

...

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin əməkdaşları, Naxçıvan Dövlət Universitetinin akademik heyəti  və “Turizm işinin təşkili” ixtisası üzrə təhsil alan tələbələr  iştirak  ediblər. Tədbirdə  çıxış edənlər könüllük  fəaliyətinin  mahiyyəti barədə  tələbələri maarifləndirib, turizm və bələdçilik  sahəsində  könüllü tələbələrin  görə biləcəyi işlərdən danışıb, onları bu  sahədə  fəal olmağa  həvəsləndiriblər. Tədbirin sonunda “Naxçıvanın turizm könüllüləri” layihəsinə qoşulmaq istəyən könüllülərlə müqavilələr bağlanıb.

Nəşr edilib : 30.09.2024 21:49