Mikayıl Cabbarov dördüncü “Yüksəliş” müsabiqəsinin...
18:41 07.04.2025
0
0
0
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Ağdam və Cəbrayıl rayonlarında baş verən mina hadisələri ilə bağlı başsağlığı verib.
"Şərq qapısı" xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, Böyük Britaniya ANAMA və BMT-nin İnkişaf Proqramı ilə birlikdə Azərbaycanda mina sahəsində çalışan insanların işini, təhsilini və zərərçəkənlərə yardımı dəstəkləyir.
Xatırladaq ki, son günlər azad edilmiş ərazilərdə baş vermiş mina və hərbi sursat partlayışı nəticəsində bir hərbçi həlak olub, dörd mülki şəxs yaralanıb.
Digər xəbərlər