Naxçıvan Muxtar Respublikasında 22 noyabra olan ha...
23:23 21.11.2024
0
0
0
BRICS ölkələri BMT-nin İqlim Dəyişikliyi Konfransı COP29-un Azərbaycanda uğurlu keçiriləcəyinə inandıqlarını ifadə ediblər.
Bu barədə BRICS-in Kazanda keçirilən 16-cı sammitinin yekunlarına dair Bəyannamədə bildirilib.
“Biz COP29-un Azərbaycanda uğurla həyata keçirilməsinə sadiq olduğumuzu bildiririk. COP29-dan inkişaf etməkdə olan ölkələr üçün əhəmiyyətli iqlim maliyyələşməsi sahəsində məzmunlu nəticələr gözləyirik”, deyə bəyannamədə qeyd olunub.
BRICS ölkələri tərəfindən 2025-ci ildə COP30-a ev sahibliyi etməkdə Braziliyanın liderliyinə dəstək ifadə olunub. Hindistanın 2028-ci ildə COP33-ə ev sahibliyi etmək üçün namizədliyi alqışlanıb.
Digər xəbərlər